Menu

Ulduz futbolçu "Qalatasaray"dan ayrılır

02.01.2024, 23:20
Ulduz futbolçu "Qalatasaray"dan ayrılır

"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş komandadan ayrılmağa hazırlaşır.

QOL.az xəbər verir ki, bunu ulduz futbolçunun menceri Cord Qardi Türkiyə mətbuatına açıqlamasında deyib: "Ziyeşin "Qalatasaray" macərası yaxşı başladı, amma yaxşı davam etmədi. "Qalatasaray" rəhbərliyinə ayrılmaq istədiyimizi bildirmişik. Bizə heç bir maneə yaratmayacaqlar", - deyə o qeyd edib.

"Qalatasaray" Hakim Ziyeşi ötən ilin avqust ayında "Çelsi"dən icarəyə götürüb. Mərakeş millisinin üzvü İstanbul klubunda 14 rəsmi matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol