Bakıda bu gündən etibarən siqaretin qiymətində nəzərəçarpacaq dərəcədə 10 faiz artım müşahidə olunub.
Qiymət artımları brenddən asılı olaraq dəyişir, bəzilərində artım 50 qəpiyə çatır, əksəriyyətdə isə 20-30 qəpik aralığındadır. Pərakəndə satıcılar bu artımı yekdilliklə aksiz vergilərinin dərəcələrinin artımı ilə əlaqələndirirlər ki, bu da Vergi Məcəlləsinə cari ilin yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərin nəticəsi idi.
Yenidən işlənmiş Vergi Məcəlləsində siqaret və onun əvəzedicilərinin hər 1000 ədədinə görə aksizlərin 38,5 min manatdan 45,5 manatadək artırılması nəzərdə tutulur.


Şərhlər
Azərbaycanda bircə insan həyatı ucuzdur.Qalan hər şey.hətta ölü məsrəfləri getdikcə bahalaşır.Belə hakimiyyətə fatehə oxunmalıdır .ya yox?