Menu

Neft Daşlarında dalğanın hündürlüyü 3,4 metrə çatıb – FAKTİKİ HAVA

03.01.2024, 20:43
Neft Daşlarında dalğanın hündürlüyü 3,4 metrə çatıb – FAKTİKİ HAVA

Saat 20:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən “Report”a bildirilib ki, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Mingəçevirdə 22 m/s, Bərdə, Göyçay, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Altıağacda 17 m/s, Ağdam, Tərtərdə 16 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,4 metrə çatıb.

Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək isti, Naxçıvan MR-da 10 dərəcəyədək isti, aran rayonlarında 18 dərəcəyədək isti, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.

Şərhlər

dadaşyev 2024-01-03 22:04:49

Bunlar irili-xırdalı zəlzələlərlə bağlıdır.Mənim hesablamalarıma görə bu bir həftə içində Türkiyənin Ağrı vilayətində böyük zəlzələ baş verəcək.Daha doğrusu, zəlzələnin episentri orada olacaq,7-8 bal arası.Və daha bir həftə sonra Mərkəzi Amerikada, Kolumbiya tərəflərdə vulkan püskürəcək, bu zəlzələnin yekunu olaraq.Bir-iki gün tez-ya gec olsa dadaşyevi qınamayın,çünki mütləq olacaq yəni.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol