Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev xeyli vaxtdır “Feysbuk”da maraqlı kitabların təqdimatını həyata keçirir. Bu sırada o, 72-ci kitab təqdimatını edib.
Deputat yazır:
“Daha bir maraqlı kitabı təqdim edirəm.
Bizim müəllim və tələbələr 4-cü Sənaye İnqilabının texnologiyalarından məlumatlı olmalıdırlar. Dünyada bu istiqamətdə olduqca maraqlı kitablar çap olunur. Yeniliklərdən geri qalmaq haqqımız yoxdur. Tədqiqatları intensivləşdirməliyik...
İndi təqdim etdiyim kitabın adı belədir: "Rəqəmsal müharibə: Energetika və nadir metallar". Rəqəmsal inqilab, enerji keçidləri, ekoloji dəyişikliklər...
Ənənəvi yanacaq növlərindən azad olduqca nadir metalların təsiri altına düşürük. Qrafit, kobalt, indium, platinoidlər, volfram və s. kimi nadir elementlər bizim yeni ekoloji və rəqəmsal cəmiyyət üçün olduqca vacibdir. Bu elementlər elektromobillərin, günəş batareyalarının, külək turbinlərinin, həmçinin bizim smartfonların, kompüterlərin və digər internet qurğularının özəyində (əsas tərkibində) yerləşir. Qeyd olunmalıdır ki, bu asılılığın iqtisadi, ekoloji və geosiyasi mənfəəti bizim neftdən asılılığımızdan daha əhəmiyyətlidir.
Professor Qiyom Pitron Beynəlxalq bazarda nadir metalların qlobal transformasiyasının tədqiqatını aparıb və bu suallara cavab axtarmağa çalışıb: Nə üçün nadir metalların hasilatı geosiyasi alətə çevrilib və onlar yeni texnologiyaların və rəqəmsal iqtisadiyyatın inkişafına necə təsir göstərir? Bunlarsız ötüşməyən müasir dünya istifadə sferasını genişləndirdikcə hansı təhlükələrlə üzləşə bilər? Kitabın orijinal adı: Guillaume Pitron: La Guerre Des Metaux Rares; La face cachee de la transition energetique numerique Kitab 317 səhifədir.
"Bakı Kitab Mərkəzi"ndən almışam”.



Şərhlər