Menu

İraq ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın missiyasını başa çatdırmaq üçün komitə yaradır

05.01.2024, 15:16
İraq ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın missiyasını başa çatdırmaq üçün komitə yaradır

İraq ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın missiyasını başa çatdırmaq üçün komitə yaradır.

APA "Arab News"a istinadən xəbər verir ki, bu barədə İraq Baş naziri Məhəmməd Şia Əl-Sudaninin ofisindən ona istinadən verilən açıqlamada bildirilib.

Qeyd olunub ki, İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqdakı missiyasını başa çatdırmaq üçün ikitərəfli komitə formalaşdırır.

Bu açıqlama ABŞ-nin dron hücumu nəticəsində Bağdadda yerli hərbi qruplaşma liderinin ölümünün ardınca verilib.

Xatırladaq ki, İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrini paytaxt Bağdadda İrana yaxın paramilitar qruplaşmaya pilotsuz uçuş aparatı ilə zərbə endirməkdə ittiham edib. Yanvarın 4-də həyata keçirilən bu hücum nəticəsində Həşd əş-Şaabi kimi tanınan Xalq Səfərbərlik Qüvvələri (XQQ) hədəf alınıb. Ölənlər arasında bu hərbi birləşmənin yüksək rütbəli komandiri Hacı Muştaq Talib əl-Saidi (Əbu Təqva) da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol