Bakıda “Mahal” MTK tərəfindən inşa edilmiş 17 mərtəbəli binanın fasadı qopub.
“Qaynarinfo”nun məlumatına görə, hadisə MTK-ya məxsus Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada baş verib.
Belə ki, dünən axşam binanın üzlüyü qoparaq avtomobillərin üzərinə düşüb. Xeyli sayda avtomobilin zərər gördüyü deyilir.
Məsələ ilə bağlı MTK-nın özünü təqdim etməyən nümayəndəsi bildirib ki, yüngül hadisə baş verib. Onun sözlərinə görə, binanın qopan üzlüyü daş deyil: “Nazik fasad üzlüyüdür, qopub. Yaxın günlərdə bərpa ediləcək. Binanın digər yerlərində olan üzlük möhkəm yapışdırılıb”.


Şərhlər
Belə üzlüklərin yanğına təhlükəliliyini nəzərə almaq vacibdir.bir neçə il bundan öncə xətai rayonunda belə üzkülər yanğın baş verdikdə əhaliin zəhərlənməsinə səbəb olmuşdu.Yanğın zamanı ayrılan qazlar,tüstü insan həyatı üçün böyük təhlükədir.Belə üzlükləein yüksək mərtəbəli binalarda istifadəsinə qadağa qoyulmalıdır.