Menu

Azərbaycan hökuməti neft sənayesində böhrana hazırlaşır

29.11.2014, 15:00

neft fonduAzərbaycan hökuməti dövlət büdcəsinin gəlirlər hissəsinin materiallarında proqnozlaşdırır ki, 2015-ci ildə sənaye istehsalı 0,9% azalaraq 22 milyard 343,6 milyon manat təşkil edəcək.

Proqnoza görə, əsas azalma neft-qaz sektorunda (2,1%) olacaq. Qeyri-neft sektorunda gələn il sənaye istehsalı investisiyalar sayəsində 7,6% artacaq.

2014-cü ilin dövlət büdcəsinin gəlirlər hissəsinin materiallarından görünür ki, onun yekununda daha çox azalma gözlənilir - sənaye istehsalı həcmi 24 milyard 988,8 milyon manat (ötən illə müqayisədə mənfi 1,7%) olacaq. Neft-qaz sektorunda azalma 2,7% təşkil edəcək ("Turan").

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol