Menu

Rusiya Ukraynada azı 520 uşaq öldürüb – Baş Prokurorluq

09.01.2024, 15:16
Rusiya Ukraynada azı 520 uşaq öldürüb – Baş Prokurorluq

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri ən azı 520 uşaq rusiyalı hərbçilərin hərəkətləri nəticəsində həlak olub.

“AzPolitika.info” xəbər verir ki, bu məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.

Baş Prokurorluq qeyd edir ki, söhbət yalnız sənədləşdirilmiş hallardan gedir, əslində isə ölən və yaralanan uşaqların sayı xeyli çoxdur.

Hesabatda deyilir ki, 9 yanvar 2024-cü il səhər saatlarına olan məlumata görə, Ukraynada yetkinlik yaşına çatmayan 520 uşaq həlak olub, 1191-dən çox uşaq isə müxtəlif dərəcəli xəsarətlər alıb: “Yanvarın 8-də Dnepropetrovsk vilayətinin Novomoskovsk şəhərində düşmənin raket hücumu nəticəsində 4, 8, 11, 16 və 17 yaşlı beş uşaq yaralanıb".

Bundan əvvəl Donetsk vilayətinin Pokrovsk rayonuna hücum nəticəsində beşi uşaq olmaqla azı 11 nəfərin həlak olduğu bildirilir. Artıq beş nəfərin kimliyini müəyyən etmək mümkün olub: Rovno kəndindən üç nəfər - 3 yaşlı qız, onun 32 yaşlı atası və 30 yaşlı anası, həmçinin Pokrovsk rayonundan olan 34 yaşlı kişi və 37 yaşlı qadın. Beləliklə, bu ailələrin bütün üzvləri həlak olub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol