Gələn həftədən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.
“Report”un xəbərinə görə, prosesə yanvarın 15-də start veriləcək.
Fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.
Qeyd edək ki, Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi yanvarın 9-da başa çatıb. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:
1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev
7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev;


Şərhlər
Buna hansı ehtiyac var? Debatları cənab İlham Əlitev kimlərlə edəcək?Bu məzhəkə kimə lazımdır?Guya bunun bir məna və nəticəsi olacaq?Bu dəfə Məzahirin saxtakarlığına insanlardan başqa digər canlılarda güləcək!Bu "namizəflər" əvvəldən bilirlər ki, bu komediyanın qəhrəmanlarıdırlar.Bəs şəxsiyyət.məntiq,şərəf?
Millət,fevralın 15-dən televiziyada komediya başlayacaq.Gülmək üçün ekran başına! Məzahirin teatr şousu başlayır.Bile lazım deyil.Pulsuz şou-dur.
Güman ki, iilkin dəyərli *AzPolitika.info* mənbəyimiz qısa-gərgin, məsul seçim qrşısında olan izləyiciləri hər gün heç olmazsa bir namizədin sabahkı gələcəyimizə bərpa və yeni dövr tam müstəqil inkişaf proqram tezislərini çatdıracaq? Öncədən uğurlu mülahizələr diləyirəm!