Menu

İran ABŞ-a məxsus neft tankerini saxlayıb

11.01.2024, 17:22
İran ABŞ-a məxsus neft tankerini saxlayıb

İran Hərbi Dəniz Qüvvələri ABŞ-a məxsus neft tankerini ələ keçirib.

APA "Sputnik İran"a istinadən xəbər verir ki, tankerin Oman körfəzində ələ keçirildiyi bildirilib. Qeyd edək ki, bu gün səhər Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları İdarəsi bildirib ki, Amerika neft tankerinə Oman körfəzində hərbi geyimli şəxslər “icazəsiz” minib və gəminin heyəti ilə təmas kəsilib.

Daha sonra gəminin istiqamətini dəyişərək İranın ərazi sularına doğru istiqamət aldığı qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol