Avropa Komissiyası Aİ fondlarından Ukraynaya 50 milyard avronun ayrılmasını təmin etmək üçün Macarıstana güzəştə getməyə hazırdır. “AzPolitika.info” xəbər verir ki, bu barədə adı çəkilməyən yüksək vəzifəli məmurlara istinadən “Financial Times” qəzeti məlumat yayıb.
Aİ-nin dekabrda keçirilən sammitində Macarıstanın Baş naziri Viktor Orban Kiyevə pul ayrılmasına mane olub. Aİ liderləri fevralın 1-də keçiriləcək növbəti sammitdə bu məsələyə qayıdacaqlar.
Avropa Komissiyası, Macarıstanın tələbinə əsasən 2025-ci ildə Ukraynanın maliyyələşdirilməsi məsələsinə yenidən qayıtmaq imkanı verməyə hazırdır.O zaman Kiyevin hələ nə qədər köməyə ehtiyacı olduğunu və qarşıya qoyulan öhdəlikləri yerinə yetirib-yetirmədiyini qiymətləndirmək olar. Beləliklə, Orban Ukraynaya maliyyə yardımının bir hissəsinin ayrılmasına vetosu qüvvədə qalacaq. 50 milyard avro birdən ayrılmayacaq, 2027-ci ilə qədər olan dövr ərzində veriləcək.
Həmçinin bildirilir ki, yardım hər il yoxlanılacaq və Aİ liderləri sammitlərdə onun effektivliyi məsələsini qaldırmaq hüququna malik olacaqlar. Güzəştlərin Budapeşt üçün kifayət olub-olmayacağı ilə bağlı “Financial Times” qəzetinin sualına yüksək rütbəli bir Macarıstan rəsmisi belə cavab verdi: “Hələ aydın deyil, amma çox güman ki, bəli”.
Daha əvvəl bildirilmişdi ki, Avropa fondlarından Macarıstan üçün təxminən 10 milyard avro ayırıb. Bu vəsait Aİ-nin ölkəyə ayırdığı, amma hüququn aliliyi problemlərinə görə dondurulan 30 milyard avronun bir hissəsidir. Qərarın Orbanı Ukraynaya maliyyə dəstəyi verməyə razı salmaq cəhdləri ilə heç bir əlaqəsi olmadığı iddia edilirdi.
“AzPolitika.info”


Şərhlər