"Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev polis tərəfindən saxlanılıb.
APA xəbər verir ki, Habil Vəliyev barəsində hüquq-mühafizə orqanlarına vətəndaşdan daxil olan müraciətlər əsasında saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, H.Vəliyev vaxtilə DTX tərəfindən saxlanılmış, 2018-ci ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Şərhlər
Bu da siyasi məhbus sayılacaq?