Menu

Güclü qar və çovğun Cəlilabadda nəqliyyatın hərəkətində problemlər yaradıb

14.01.2024, 00:43
Güclü qar və çovğun Cəlilabadda nəqliyyatın hərəkətində problemlər yaradıb

Güclü qar və çovğun Cəlilabad rayonunda nəqliyyatın hərəkətində problemlər yaradıb.

"Report"un Muğan bürosunun məlumatına görə, günorta saatlarından yağmağa başlayan qar artıq intensiv şəkildə müşahidə olunur. Nəticədə Cəlilabad şəhəri ərazisində avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib.

Hadisə şahidlərinin sözlərinə görə, yolun buzlu olması nəticəsində bir neçə kiçik yol qəzaları da baş verib.

Müvafiq orqanlar tərəfindən yollar qar örtüyündən təmizlənir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol