Menu

Mingəçevirdə avtomobil aşıb, xəsarət alanlar var

15.01.2024, 00:16
Mingəçevirdə avtomobil aşıb, xəsarət alanlar var

Mingəçevirdə minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində ər və həyat yoldaşı xəsarət alıb. "Report"un Qərb bürosunun məlumatına görə, BMW markalı avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.

Hadisə nəticəsində avtomobildə sərnişin qismində olan 1999-cu il təvəllüdlü R.Əsgərov və həyat yoldaşı 2000-ci il təvəllüdlü Ş.Əhmədova xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol