Bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılır.
“Report”un xəbərinə görə, fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:
1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev
7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.


Şərhlər
Niyə öz ailəsi daxilində sözü eşidilməyən.nüfuzu olmayan şəxslər ölkə idarəçiliyinə can atırlar?Azərbaycan bu qədərmi aşağılanıb? Niyə ölkə bu hala gətirildi?Hələ bir debata çıxmaq həvəsi də var?MSK oyunçağa çevrilib.
Mənasız,məzmunsuz və lüzumsuz!
Tragekomik debatlara sərf edilən vəsait heyif deyil? Bu debat kimi maraqlandlrır?