Menu

Türkiyə kəşfiyyatı PKK başçılarından daha birini məhv etdi - VİDEO (Yenilənib)

15.01.2024, 14:30
Türkiyə kəşfiyyatı PKK başçılarından daha birini  məhv etdi - VİDEO (Yenilənib)

Türkiyə Milli Kəşfiyyat İdarəsi (Milli İstihbarat Təşkilatı - MİT) əməkdaşlarının İraqın Metina bölgəsində reallaşdırdığı əməliyyat nəticəsində PKK terror qruplaşmasının dəstə başçılarından biri Hülya Mercen zərərsizləşdirilib.

Bu barədə “TRTHaber” məlumat yayıb.

Bildirilib ki, İraqın həmin bölgəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi bir müddət əvvəl şəhid olub.

Məlumata görə, H.Mercen Türkiyə 1991-2001-ci illərdə Türkiyə ərazisində, xüsusilə Tuncelidə törədilən bir çox terror hücumlarında iştirak edib. O həmin illərdə Türkiyənin ətraf kəndlərində fəaliyyət göstərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol