“Ermənistan-Azərbaycan danışıqlar porsesində geriyə doğru kəskin addım atıldığını düşünmürəm”.
“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Xatırladaq ki, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev normallaşma prosesi ilə bağlı əsas şərtləri açıqlamışdı. Ermənistanın Baş naziri Nikol Paşinyan bu şərtlərin sülh prosesinə zərbə olduğunu vurğulayıb.
Alen Simonyan isə jurnalistlərə deyib ki, danışıqlarda geriləmədən söhbət getmir: “Xeyr, kəskin heç nə baş verməyib, danışıqlar, mübadilə davam edir və demək olar ki, müsbət istiqamətdə. Baş nazirin reaksiyasını isə sürpriz adlandırmaq olar, çünki çox vaxt həmin ritorika söhbətlərdən, mübadilə olunan sənədlərdən, tezislərdən kənar olur”, - Simonyan bildirib.
Bu arada Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, geriləmə sənəddə də qeyd olunub, şifahi razılaşdırılmış müddəalar sülh müqaviləsinin Azərbaycan variantında fərqli forma alıb.
“AzPolitika.info”


Şərhlər