Ukraynanın xarici işlər naziri Dmitri Kuleba işğalın ilk günlərində baş tutan atəşkəs danışıqları zamanı rusiyalı həmkarı Sergey Lavrovun üzünə yumruq vurmaq istədiyini bildirib.
“AzPolitika.info” xəbər verir ki, ukraynalı bloggerlə müsahibəsində bir sıra məsələlərə toxunan Kuleba, rusiyalı həmkarı ilə Antalyada baş tutan görüşün çox çətin keçdiyini bildirib.
“Ən çətin görüşlər gedib düşməninizin üzünə yumruq vurmaq istədiyiniz, amma bunu edə bilmədiyiniz görüşlərdir. Deyə bilərəm ki, bu, iki-üç dəfə baş verib. Belə bir görüş 2022-ci ilin yazında Lavrovla Antalyada olub”,-deyə o qeyd edib.
“AzPolitika.info”


Şərhlər