Menu

Quterriş BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin nüfuzunu itirdiyini açıqlayıb

17.01.2024, 20:36
Quterriş BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin nüfuzunu itirdiyini açıqlayıb

BMT Təhlükəsizlik Şurasının daimi üzvləri - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa nüfuzlarını xeyli itiriblər, əvəzində İsrail, İran və Türkiyə kimi regional oyunçular münaqişələrin həllində daha böyük təsirə malikdirlər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterriş Dünya İqtisadi Forumunun iclasında bildirib.

“BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü bu gün daha az təsirə malikdir. Etiraf etməlisiniz ki, bu gün baş verənlərə böyük güclərdən daha çox təsir edən orta güclər var. İsrail, İran, Türkiyə kimi ölkələr yaxın keçmişdə üzləşdiyim böhranlarda Təhlükəsizlik Şurasının beş daimi üzvündən qat-qat daha təsirli olublar. Daimi üzvlər isə asanlıqla razılaşdıra biləcəkləri bir qətnamə mətni üzərində həftələrlə çalışırlar”, - A.Quterriş deyib.

Şərhlər

Camal 2024-01-17 22:22:41

Tarixən Dünya xalqlarını istismar etmiş, sərvətlərini talamış, ziyalı insanlarını şirnikləndirərək özəlləşdirmiş kapitalizmin ən yüksək nöqtəsinə çatmış “böyük dövlət”ciklər(Rusiya və Çin hələlik istisna olmaqla) – Karl Marks: “kapitalizmin ən yüksək nöqtəsi fahişəlikdir”, amma bu “dövlət”ciklər daha irəli gedərək “SİYASİ FAHİŞƏLİYİN” ən yüksək nöqtəsinə çatmışlar! Hətta iş o yerə çatdı ki, BMT-nin Baş katibi Antoniu Quterriş bunlara haqlı olaraq “nüfuzlarını xeyli itiriblər” dedi. Və bildirdi ki, “SİYASİ FAHİŞƏLİYİN” nüfuzu ola bilməz! Şair demişkən: hanı şöhrətə aldanıb namusunu satmış hökmdarlar...............?????????????????

Camal 2024-01-17 22:18:17

Tarixən Dünya xallqlarını isismar etmiş, sərvətlərini talamış, ziyalı insanlarını şirnikləndirərək özəlləşdirmiş kapitalizmin ən yüksək nöqtəsinə çatmış “böyük dövlət”ciklər(Rusiya və Çin hələlik istisna olmaqla) – Karl Marks: “kapitalizmin ən yüksək nöqtəsi fahişəlikdir”, amma bu “dövlət”ciklər daha irəli gedərək “SİYASİ FAHİŞƏLİYİN” ən yüksək nöqtəsinə çatmışlar! Hətta iş o yerə çatdı ki, BMT-nin Baş katibi Antoniu Quterriş bunlara haqlı olaraq “nüfuzlarını xeyli itiriblər” dedi. Və bildirdi ki, “SİYASİ FAHİŞƏLİYİN” nüfuzu ola bilməz! Şair demişkən: hanı şöhrətə aldanıb namusunu satmış hökmdarlar...............?????????????????

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol