Seçki Məcəlləsinə dəyişiklik edilir.
“Report”un xəbərinə görə, dəyişikliklə məcəllədəki “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz olunur.
Dəyişiklik layihəsi Azərbaycan Prezidentinin 2023-cü il 8 aprel tarixli 2089 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb. Belə ki, həmin bənddə qanunların və Azərbaycan Prezidentinin aktlarının “Media haqqında” qanuna uyğunlaşdırılması tapşırılıb.
Beləliklə, dəyişikliklər təklif olunan qanunların “Media haqqında” qanuna uyğunlaşdırılmasının təmin edilməsini nəzərdə tutur.


Şərhlər
Ay millət,bu dəyişikliyin mənasını anladınız?Deməli "2kütləvi media"dedikdə burada iqtidar və müxalifət yönümlülər nəzərdə tutulub. Amma "media qurumları" dedikdə bu kiməsə sətf edən qurumlarla məhdudlaşır.Yəni müxalifətin kənarda saxlanılmasına qanuni şərait yaradılır.Bu dəyişikliyin mahiyyəti budur.Əgər doğru deyilsə,açıqlasınlar.
Ölkəmizin Şüar Rekordçuları, sənayemizin sıfıra, orta texnoloji sənayenin heç bir rəqabətli məhsulu olmadığı halda *4 cü Sənaye İnqilabı*ndan ağız dolusu danışırlar? *AzPolitika* ölkəni 1ci info mənbəyidir! Bir həftə keçib və bu günəcən PPREZİDENTliyə namizəd heç bir gün, heç bir şəxsin nə dosyesi, nə gələcəyə platforma tezisləri, nə də onlara hər hansı suallar görüntülənməyib?