Pakistan İran ərazisinə zərbələr endirib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Pakistan səhər saatlarında “Mər Bər Sərmaçar” adlı antiterror əməliyyatı keçirib. Əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində yerləşən terrorçu sığınacaqlarına zərbələr endirilib. Mövcud kəşfiyyat məlumatlarına əsasən, bir neçə terrorçu məhv edilib.

Həmçinin Pakistan tərəfindən İrana endirilən zərbələr nəticəsində üç qadın və dörd uşaq olmaqla ümumilikdə 7 nəfərin öldüyü bildirilir.

Xatırladaq ki, yanvarın 16-da İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistanın İranla sərhəddə yerləşən Bəlucistan əyalətinə ballistik raket və pilotsuz təyyarələrlə hücum edib Hücum nəticəsində iki uşaq ölüb.

"AzPolitika.info"