Puitin hakimiyyəti hər nə qədər Rusiya cəmiyyətini öz təsiri altına alsa da, Kremlin işğalçı siyasətinə qarşı çıxan cəsarətli insanlar qalmaqdadır.
“AzPolitika.info” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Perm vilayət Dumasının Kommunist Partiyasından olan deputatı Sergey Medvedev Rusiyanın Ukraynaya qarşı işğlçılıq müharibəsini kəskin şəkildə pisləyərək, onu başladan Putini lənətləyib.
Medvedev öz sosial şəbəkə səhifəsində yazıb: ““Bu qırğını törədən məxluqu lənətə gəlsin! Yüz minlərlə həyatın məhv edilməsində günahkar olanlar amansız cəzaya düçar olsun! Rusiyanın nəyə çevrildiyini görmək dəhşətlidir. Qəzəbindən çılğınlaşan aldanmış xalq, özünə gəl! Rusiya, oyan! Səni öldürürlər!”
Bu paylaşımından sonra Perm Dumasının deputatları Medvedevdən “donos” yazmağa başlayıblar. Dərhal çoxdan bəri Putinin “cib müxalifəti”nə çevrilən Kommunist Partiyası Medvedevi öz sıralarından xaric etdiyinə dair bəyanat yayıb. Ancaq məsələ bununla bitməyib.
“Meduza” kanalının məlumatına görə, Vladimir Putini tənqid edən və Ukraynadakı müharibənin əleyhinə çıxan Sergey Medvedev artıq beynəlxalq axtarışa verilib. Onun Rusiyanı tərk edərək Qazaxıstana getdiyi barədə məlumatlar var. Deputat Medvedevin beynəlxalq axtarışa verilməsi də bununla əlaqələndirilir.
Belə faktlar bir daha göstərir ki, Putin hakimiyyəti təkcə ukraynalılar və digər keçmiş SSRİ respublikaları xalqları üçün yox, rusiyalılar üçün də böyük bəlalar gətirməkdə davam edir...
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər