YouTube videohostinqi rusiyalı rejissor Nikita Mixalkovun “BesogonTV” kanalını silib.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, kanalı açarkən meymun şəkli və “bu səhifə əlçatan deyil” mesajı görünür. Rusiya mediası yazır ki, video hostinq saytı “ayrı-seçkilik xarakterli çıxışlarla bağlı qaydaların çoxsaylı və ya ciddi şəkildə pozulmasına görə” kanalı bloklayıb.
Bloklanmaya münasibət bildirən Mixalkov, kanalının YouTube-da bu qədər uzun müddət mövcud olmasına təəccüblənərək “Besoqon”a Rusiya resurslarında baxıla biləcəyini deyib.
"Mən həqiqəti, bəlkə bilmədiyim, amma mütləq axtardığım həqiqəti deməyə davam edəcəyəm" deyə o yerli platformaların birində yazıb.
Mixalkovun YouTube kanalına 1,6 milyon istifadəçi abunə olub.
“AzPolitika.info”


Şərhlər