Menu

“Türkiyənin ilk astronavtının kosmosa uçuş etməsi bizi qürurlandırır” – KOMİTƏ SƏDRİ

19.01.2024, 16:21
“Türkiyənin ilk astronavtının kosmosa uçuş etməsi bizi qürurlandırır” – KOMİTƏ SƏDRİ

“Türkiyənin ilk astronavtı Alper Gezeravcının kosmosa uçuş etməsi bizi qürurlandırır”.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

O, qeyd edir ki, Türkiyə və Azərbaycanın hərbi sənaye və texnologiya ilə bağlı qarşılıqlı inkişaf konsepsiyası hər iki dövlətin bu sahədə inkişafına səbəb olur. Təsadüfi deyil ki, Azərbaycanda ilk dəfə 2021-ci ildə Aviasiya, Kosmos və Texnologiya sahələri üzrə festival - TEKNOFEST keçirildi. Festivalın sərgi hissəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsul və həlləri nümayiş olundu, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgiləndi. “Bütün bunlar ölkədə həyata keçirilən uğurlu siyasi şəraitin nəticələridir”. 

S.Qurbanov bu istiqamətdə inkişaf edən türk xalqları içərisində tarixi ənənələrin olduğunu bildirib. O, qeyd edir: “Hələ 1010-cu ildə Fərabın İmamı İsmail Cevheri uçmağa cəhd etmişdir. İsmail Cevheri Qəznəvilər dövründə doğulmuş, ilahiyyat, ədəbiyyat, fizika, təbiət elmləri və riyaziyyatla maraqlanan türk alimidir. Müxtəlif araşdırmalardan sonra düzəltdiyi qapıya bənzər qanadları qollarına bağlayaraq özünü Nişapur Ulu Məscidinin üzərindəki boşluğa atıb. İsmail Cevheri bu uçuş cəhdində həyatını itirdi və türklərin ilk tanınmış hava şəhidi oldu. Onun şəhid olması bu sahəyə olan marağı heç də azaltmadı, bundan sonra 1159-cu ildə Bizans dövründə İstanbulda qonaq olan İmperator II Manuel Komnenosun ikinci Kılıçaslanın şərəfinə Atmeydanıda təşkil edilən ziyafətdə Siracəddin Doğulu adlı türk uzun, nazik və enli paltar geyinərək uçmağa çalışmaq üçün qülləyə qalxıb. Külək boş paltarını sovuranda özünü boşluğa atıb. Təəssüf ki, bu ixtira ilə uğur qazana bilməyən Siracəddin də yıxılaraq ölüb”.

Göstərilən hadisələr türk xalqlarının texnologiyaya olan marağının ifadəsidir.

S.Qurbanov əlamətdar bir hadisəni də qeyd edərək bildirib ki, dünya miqyaslı mötəbər kosmik mütəxəssisləri davamlı olaraq bir araya gətirən Beynəlxalq Astronavtika Konqresinin 74-cü toplantısına Azərbaycanın ev sahibliyi etməsi respublikamızın texnologiyalara açıq, yeni çağırışlara cavab verən bir ölkə olduğunu sübut edir. “Heç kimə sirr deyil ki, keçmiş SSRİ kosmonavaktika sahəsində dünyanın qabaqcıl ölkələrindən biri olmuşdur. Bu sahəyə isə Azərbaycanın görkəmli oğlu general Kərim Kərimov rəhbərlik etmişdir. Qardaşımız Alper Gezeravcının kosmosa gedən ilk türk oğlu kimi tarixə düşməsi də bizə ümid verir ki, bu uğurlu başlanğıc davam edəcəkdir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol