Menu

Cəlilabadda yol qəzasında 3 nəfər xəsarət alıb

21.01.2024, 18:26
Cəlilabadda yol qəzasında 3 nəfər xəsarət alıb

Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Silsilə deyilən ərazidə qeydə alınıb.

Belə ki, "Pajero" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 3 nəfər rayon sakini, 1992-ci il təvəllüdlü Elxan Quluzadə, 1991-ci il təvəllüdlü Orxan Hüseynzadə və 1995-ci il təvəllüdlü Əsgər Quliyev xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol