“Böyük Britaniya bu ilin sonunda gözlənilən seçkilərə xarici müdaxilə ilə bağlı təhdidləri çox ciddi qəbul edir”.
Bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps “Sky News” kanalına açıqlamasında deyib. Onun sözlərinə görə, terrorla mübarizə orqanları və digər qurumlar buna çox diqqətlə baxacaq.
Böyük Britaniyanın terrorla mübarizə üzrə rəhbəri Metyu Jukes ötən həftə deyib ki, Çin, Rusiya və İran kimi xarici dövlətlərdən gələn casusluq təhlükəsi “Soyuq müharibə” günlərindən bu yana daha böyükdür.
Onun sözlərinə görə, polis bu ilin sonunda təyin ediləcəyi gözlənilən seçki ərəfəsində müdaxilə təhdidlərinə qarşı yeni bölmə yaradıb: “Söhbət İran, Çin və Rusiyanın dövlət aparatının hissələrindən gedir” - Jukes deyib.
ABŞ-nin proqram təminatı şirkəti Microsoft-un keçən ilin noyabrında hazırladığı hesabatda deyilirdi ki, Rusiya, İran və Çin 2024-cü il ABŞ seçkiləri və digər sorğulardan əvvəl mürəkkəb təsir və müdaxilə cəhdləri ilə məşğul olacaq.
Hesabatda hər üç ölkənin davam edən və ya potensial regional münaqişələr fonunda geosiyasi nəticələri öz xeyrinə formalaşdırmağa çalışacağının gözlənildiyi bildirilirdi.
Terrorla mübarizə rəhbəri həmçinin, Yaxın Şərqdəki münaqişənin islamçıların fəallığının artmasına səbəb olduğu və Böyük Britaniyanın radikallaşma anı ilə üzləşdiyi barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, terrorizm və zorakı ekstremizmlə bağlı polis sistemləri vasitəsilə məlumat axınında 25 faiz artım olub.
SƏMLA
AzPolitika.info


Şərhlər