Menu

Erməni KVN-çi Soçidə öldürüldü

23.01.2024, 12:41
Erməni KVN-çi Soçidə öldürüldü

Soçidə keçirilən KVN festivalı zamanı erməni komediya aktyoru Amiran Gevorkyan öldürülüb.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, Gevorkyan “Jemçujina” otelinin yaxınlığında baş verən davadan sonra başından ağır xəsarət alıb.

Komediyaçıya ağır kəllə-beyin travması diaqnozu qoyulub, sonra o, komaya düşüb, iki gün sonra isə vəfat edib. Onu öldürən şəxs axtarılır.

Qeyd edək ki, Soçidəki KVN Festivalı dünyanın müxtəlif yerlərindən 500-dən çox komandanın iştirak etdiyi illik tədbirdir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol