Menu

Göygöldə iki nəfər dəm qazından boğularaq ölüb

23.01.2024, 21:18
Göygöldə iki nəfər dəm qazından boğularaq ölüb

Göygöl şəhərində dəm qazından zəhərlənən iki qadın dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərdəki mənzillərin birində 1967-ci il təvəllüdlü Məmmədova Aygün və onun anası, 1934-cü il təvəllüdlü Məmmədova Minayə ölmüş vəziyyətdə aşkarlanıb.

Onların dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol