Menu

Almaniya Ukraynaya 6 helikopter göndərəcək

24.01.2024, 17:29
Almaniya Ukraynaya 6 helikopter göndərəcək

Almaniya hökuməti ilk dəfə olaraq Ukraynaya hərbi helikopterlərin tədarükünə başlamağı qərara alıb.

“AzPolitika.info” Almaniya Müdafiə Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, Kiyev altı çoxməqsədli “Sea King Mk41” helikopteri, onlar üçün lazımi avadanlıq və ehtiyat hissələri dəstləri alacaq.

Ukrayna hərbçiləri həmçinin helikopterlərin idarə edilməsi və texniki xidmət üzrə təlim keçəcəklər.

Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius dəqiqləşdirib ki, xüsusilə “Dəniz Kralı Mk41” ukraynalılara hərbi personalın daşınmasında və kəşfiyyatın aparılmasında kömək edəcək.

Rusiya Ukraynaya qarşı müharibə başlayandan bəri Almaniya Kiyevə təxminən altı milyard avro məbləğində yardım edib.

“Sea King Mk41”-lər əsasən axtarış və xilasetmə missiyaları üçün istifadə olunur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol