Menu

“Ukrayna yaxın gələcəkdə öz ərazilərini qaytara bilməyəcək” – Çexiya Prezidenti

24.01.2024, 17:48
“Ukrayna yaxın gələcəkdə öz ərazilərini qaytara bilməyəcək” – Çexiya Prezidenti

“Ukrayna yaxın gələcəkdə Rusiya ordusunun işğal etdiyi əraziləri geri qaytara bilməyəcək”.

“AzPolitika.info” xəbər verir ki, bunu Çexiya Prezidenti, NATO Hərbi Komitəsinin keçmiş rəhbəri, general Pyotr Pavel deyib.

Pavel bildirib ki, Ukraynanın durumu işğalçı Rusiyanı öz torpaqlarından tamamilə qovmasına imkan vermir: “Ukrayna indi ən azından yaxın gələcəkdə Rusiyanı öz suveren ərazisindən tamamilə sıxışdırıb çıxara biləcək vəziyyətdə deyil".

Ona görə də Çexiya Prezidentinin sözlərinə görə, demokratik ölkələr Kiyevə kömək etməlidir ki, Ukrayna Rusiya ilə danışıqlardan əvvəl mümkün olan ən yaxşı nəticəni əldə edə bilsin.

Pavel Ukrayna və Rusiya arasındakı hərbi münaqişəyə “indiyə qədər tez-tez olduğu kimi çəhrayı eynəklərlə deyil”, real baxmağa çağırıb. O, vurğulayıb ki, Rusiya sadə, zəif düşmən deyil və özünü aqressiv və kobud aparır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol