Menu

"Bu, həmin ölkələrə, dairələrə ciddi siqnaldır” - Səməd Seyidov

24.01.2024, 20:49
"Bu, həmin ölkələrə, dairələrə ciddi siqnaldır” - Səməd Seyidov

“Normal münasibətin şahidi olmasaq, qalib Azərbaycana layiqli münasibət göstərilməsə, nümayəndə heyətimiz öz mövqeyində qalacaq”.

"Report" xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov jurnalistlərə açıqlamasında deyib.

“Avropa Şurası, eləcə də digər beynəlxalq təşkilatlar Azərbaycanla şantaj dili ilə danışa bilməz. Heç kim ölkəmizi təhdidlərlə qorxuda bilməz. Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş qalib dövlətdir. Ona görə də belə cəhdlər Avropa Şurası öz Parlament Assambleyasının dəyərlərinə, mövcudluğuna, təsir imkanlarına, Avropada və dünyadakı nüfuzuna ciddi zərbə vurdu. Belə bir təşkilatın daxilində danışıq aparmaq, dialoq qurmaq, mövcud vəziyyəti izah etmək mümkün deyil", - S.Seyidov qeyd edib.

O bildirib ki, nümayəndə heyəti AŞPA-ya yenidən qayıtmaq məsələsi barədə düşünəcək. Bu təşkilatda mövcud ab-hava dəyişməsə, insanlığa qarşı ritorika gündəlikdən çıxarılmasa, təşkilat ikili standartlara, islamofob, türkofob, azərbaycanofob münasibətlərə son qoymasa, bu, mümkün olmayacaq.

"Hesab edirik ki, bu, ölkəmizlə başqa dillə danışmaq istəyən ölkələrə, dairələrə ciddi siqnaldır”, - S.Seyidov əlavə edib.

Şərhlər

B.Qarabağlı 2024-01-25 11:44:06

Nümayəndə heyətimizdən layiqli etiraz! İllər öncə AŞPA gündəliyə (Sirtaki kilsəsinin edamından qaçmış) qreiqori qruplaşmasının uydurma soyqırımını gündəliyə daxil edəndə daha kəskin etiraz vacibdi? Saxtakar AŞPA gündəliyə saxta soyqırımı dünya ictimaiyyatının diqqətini erməni faşizminin hər iki respublikada azərbaycanlıların soyqırımdan yayındırmaq, BMTnın operativ həllinə qarşı salmışdı?

Mubariz 2024-01-25 10:51:58

Qarabağ bəndini çıxsaq qalan şərtlər düzgündür ,günahsız insanları şərləyib həbsə atanda nəticəsi belə olmalıydı ,sonrası isə pis nəticələnə bilər ,Səməd Seyidov ,turist səfərləriniz sona çatdı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol