Ruslar Avdeyevka istiqamətində Ukrayna ordusunun əsas müdafiə mövqelərindən birini ələ keçiriblər.
"AzPolitika.info" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, bir neçə ay davam edən hazırlıqlardan sonra rus ordusunun 150 nəfərdən ibarət kəşfiyyat qrupu Avdeyevkanın cənubundakı "Tsarska Oxota" kurort kompleksi ərazisində yerləşən 2 kilometr uzunluğundakı yeraltı tuneldən istifadə edərək Ukrayna hərbçilərinin arxasına keçməyi bacarıblar.
Bu barədə "Telegram" kanallarında da videogörüntülər yayılıb.
Qeyd olunur ki, ruslar yalnız üçüncü cəhdlərində uğur qazana biliblər. Bundan əvvəl tuneldə kifayət qədər hava olmadığından, həmçinin su basmalar səbəbindən əməliyyatı icra etmək mümkün olmayıb.
Bildirilir ki, əməliyyat uğurla başa çatıb və nəticədə Ukrayna hərbçiləri əsas müdafiə mövqelərindən birini itiriblər. Həmçinin xeyli sayda Ukrayna hərbçisinin girov götürüldüyü ilə bağlı iddialar da var.


Şərhlər