Menu

HƏMAS əsir mübadiləsi ilə bağlı şərtini açıqlayıb

26.01.2024, 11:03
HƏMAS əsir mübadiləsi ilə bağlı şərtini açıqlayıb

İsraillə mümkün məhbus mübadiləsi razılaşmasının yeganə şərti Qəzza zolağına hücumları tamamilə dayandırmaqdır.

“AzPolitika.info” xəbər verir ki, bunu HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü Usamə əl-Həmdan deyib.

Vasitəçi ölkələrin İsrail və HƏMAS arasında yeni əsir mübadiləsi razılaşması və hücumların tamamilə dayandırılması ilə bağlı təkliflərini ciddi qiymətləndirdiklərini ifadə edən Həmdan, Qəzzaya hücumların dayanacağı təqdirdə, əsirlərin ailələrinə sağlam şəkildə təhvil veriləcəyini bildirib.

Qeyd edək ki, hazırda HƏMAS əsirliyində 200-ə yaxın İsrail vətəndaşının olduğu bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol