ABŞ-nin "Forbes" nəşri dünyanın ən varlı insanlarının yeni siyahısını dərc edib.
"AzPolitika.info" xəbər verir ki, "Louis Vuitton Moet Hennessy" şirkətlər qrupunun sədri Bernard Arno amerikalı sahibkar İlon Maskı geridə qoyaraq, dünyanın ən varlı insanı olub.
Məlumata görə, Bernard Arnaultun sərvəti 21,6 milyard dollar artaraq 205,8 milyard dollara çatıb. İlon Mask isə 204,2 milyard dollarlıq xalis sərvəti ilə ikinci pillədə qərarlaşıb.
Onları "Amazon"un qurucusu Ceff Bezos (179,9 milyard dollar), "Oracle"-ın həmtəsisçisi Larri Ellison (142,6 milyard dollar) və "Meta" şirkətinin sahibi Mark Zukerberq (138,8 milyard dollar) izləyir.
İlk onluqda həmçinin "Berkshire Hathaway"-in sədri Uorren Baffet (125,9 milyard dollar) və "Microsoft"-un yaradıcısı Bill Qeyts (122,8 milyard dollar) yer alıb.
"AzPolitika.info"


Şərhlər