Menu

Bakıda şadlıq sarayı önündə kütləvi dava olub - DİN-dən reaksiya + VİDEO

27.01.2024, 13:41
Bakıda şadlıq sarayı önündə kütləvi dava olub - DİN-dən reaksiya + VİDEO

Xətai rayonunda yerləşən şadlıq saraylarından birinin qarşısında dava düşüb. Bu barədə Baku.ws məlumat yayıb.

Bildirilib ki, hadisə ötən gün saat 23 radələrində qeydə alınıb.

Polis əməkdaşlarının müdaxiləsindən sonra ərazidə sakitlik bərqərar olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev bildirib ki, Xətai rayonu ərazisində yerləşən şadlıq saraylarından birinin qarşısında sərxoş vəziyyətdə olan bir neçə şəxs arasında mübahisə baş verib: “Mübahisəni yaradan şəxs ərazidə xidmət aparan polis naryadları tərəfindən saxlanılaraq polis orqanına təhvil verilib. Faktla bağlı təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib. Araşdırmalar davam etdirilir”.

Hadisənin videosunu təqdim edirik:

Hadisənin videosunu təqdim edirik:

Şərhlər

dadaşyev 2024-01-27 16:14:37

Toyda oynamağa görə olacaq.Biz ancaq oynamaq üstündə dava sala bilirik.Ya zakazını vaxtında verməyiblər,ya da zakazına başqa biriləri də oynayıb.O kadar net yani.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol