İqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədi ilə yaradılmış İşçi qrupuna rəhbər təyin edilib.
“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamına dəyişiklik edilməsini təsdiqləyib.
İndiyə qədər İşçi qrupuna Milli Məclisin sədrinin müavini Valeh Ələsgərov rəhbərlik edirdi.


Şərhlər
Tehsil,Vergi,Socar emlaki duzeltdi qoy bunuda duzeltsin
Asan xidmət”ə bənzər “Asan nazirlik” təşkil edilsin,bütün nazirlər işdən çıxarılıb hamısının yerinə bu qoyulsun,olsun vahid hökümət pəncərəsi.Maşaallah,bütün nazirlərin işini bacara bilən yeganə, analoqsuz wunderməmurdu,Aya Azərbaycanlı göndərmək istəsək ən ümidverici astronavt da bu olsun.Bacarmadığı iş yoxdu.Başqa kosmonavtlardan fərqli olaraq heç bir təlim,məşq keçmədən uçar Aya,kurikulumla-filanla Ayın görünməyən tərəfini düzəldər görünən edər, üzüağ alnıaçıq da qayıdar ordan,başımızı uca edər.Canlı əfsanədi bəxtimizdən.
Bir əlində bes qarpız
Bu adamın nə qədər vəzifəsi var?Bu vəzifələrdən hansını yerinə yetirə bilib? Bunu düşünən barmı?Nə olub?Ölkədə ixtisaslı mütəxəssis tapılmır? Vallah komedik idarəçilikdir.Möhtərəm Prezident niyə belə hallarıa yol verilməməsi üçün müvafiq göstərişlər vermir.Axı bu kənardan baxanda da gülüş doğurur.
Demək,tam əmin olmaq olar ki Ələt azad iqtisadi zonasının inkişafı artıq təmin edilmişdir. İnanmayanın da lap atabaatasına lənət.
Bundan başqa bu 10 milyonun içərisində bir normal adam yoxdurmu