Menu

"Qarşımızda antisemitizmlə mübarizə öhdəliyi olmalıdır" - İsrail səfirliyi

27.01.2024, 15:39
"Qarşımızda antisemitizmlə mübarizə öhdəliyi olmalıdır" - İsrail səfirliyi

Qarşımızda antisemitizmlə mübarizə öhdəliyi olmalıdır.

“Report” xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin Holokost faciəsinin növbəti ildönümü ilə bağlı “X” hesabında yazılıb.

“Bu gün, Holokostla bağlı anım günündə biz nasistlər tərəfindən qətlə yetirilən 6.000.000 yəhudi kişi, qadın və uşağın xatirəsini yad edirik. Bütün ailələr bir səbəbdən məhv edildi: onlar yəhudi idilər”, - paylaşımda bildirilib.

Qeyd edək ki, Holokost İkinci Dünya müharibəsi dövründə Avropada yəhudilərə qarşı törədilmiş soyqırımıdır. 1941-ci ildən 1945-ci ilədək nasist Almaniyası işğal olunan ərazilərdə sistematik olaraq 6 milyona yaxın yəhudini qətlə yetirib.

BMT Baş Assambleyasının 2005-ci il 1 noyabr tarixli qətnaməsinə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Anım Günü kimi qeyd olunur.

Şərhlər

Watchman 2024-01-27 17:10:03

Özünüz dünya müharibələrində və Fələstində nə qədər insana qarşı soyqırım törətmisiniz və törətməkdə davam edirsiniz? Siz yəhudilər və ermənilər, ruslar demiş - nə qədər naqlıy millətsiniz!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol