Almaniyada qısaldılmış iş həftəsi sınaqdan keçirilməyə başlanacaq.
APA-nın “Bloomberg“ agentliyinə istinadən verdiyi məlumata görə, dörd günlük proqram fevralın 1-dən test rejimində istifadəyə veriləcək.
Nəşrin məlumatına görə, yüzlərlə müəssisənin işçiləri maaşını tam saxlamaqla hər həftə əlavə istirahət günü əldə edəcək.
Məqalə müəllifləri dörd günlük həftə tədqiqatının bu ilin avqust ayına qədər davam edəcəyinə aydınlıq gətirib. Təcrübədə 45 şirkət iştirak edəcək.
Sınaq nəticələrinə əsasən, onlar əmək məhsuldarlığını artırmaq üçün daimi olaraq üçüncü istirahət gününün tətbiq edilib-edilməməsinə qərar verəcəklər.


Şərhlər
Bizdə isə 16 saatlıq iş rejimi altında, ümimiyyətlə istirahətsiz işləyən nə qədər qul var. Onlar heç bir ixtiyarı olmayan, son həddə qədər alçaldılan bir zavallı sinifdir. Bəli, məhz sinif. Millətin bir qismi bu kökə düşdü. Kimsə təsəvvür edə bilərmi bizim parlamentdə 4 saatlıq iş rejiminə keçidlə bağlı təklifin müzakirəyə çıxarılmasını?