Menu

Prezidentliyə namizədlərin seçki fondunun gəlir və xərclərinin ikinci ilkin hesabatı açıqlanıb

28.01.2024, 15:52
Prezidentliyə namizədlərin seçki fondunun gəlir və xərclərinin ikinci ilkin hesabatı açıqlanıb

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində prezidentliyə namizədlərin seçki fondunun gəlir və xərclərinin ikinci ilkin maliyyə hesabatı açıqlanıb.

"Report" Secki-2024.az saytına istinadən xəbər verir ki, maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilib.

Qeyd edək ki, Seçki Məcəlləsinin 94.3.2-ci maddəsinə əsasən, ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir. Bu hesabata orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir.

İkinci ilkin maliyyə hesabatının təqdim edilməsi müddəti 2024-cü il yanvarın 18-dən 28-dək olan dövrü əhatə edib.

Şərhlər

Ələkbər 2024-01-28 18:59:16

Bunun nə mənası var?Onsyzda hamıya hər şey bəllidir.Bi seçki yox,oyunbazlıqdır.Onsuz da seçkiyə gedəm 75 faz olmayacaq..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol