“Gözlənilən digər hadisə isə sərhədlərlə bağlıdır. Seçkidən sonra quru sərhədlərinin açılmasıyla bağlı qərar veriləcək”.
“AzPolitika.info” xəbər verir ki, bunu iqtisadçı Rəşad Həsənov “Qafqazinfo”-ya müsahibəsində deyib.
Ekspert hesab edir ki, bu qərarın iqtisadiyyatın digər sahələrinə də real təsiri olacaq: “Xüsuilə də turizmdə müəyyən sıçrayışlar qeydə alına bilər. Bu mənada turizm sektoru 2024-cü il üzrə iqtisadi inkişafa əhəmiyyətli töhfə verə bilər. Çünki əvvəlki illərdə Azərbaycana turist səfərlərinin 60 faizi qonşu ölkələrdən quru yolu üzrə formalaşırdı. Sərhədlərin açılması, eyni zamanda, sərhədyanı kiçik ticarətin son 3 ildə yaşadığı durğunluqdan müəyyən qədər çıxmasına səbəb olacaq. Burada da fəallıq artacaq. Bir milyona yaxın ölkə vətəndaşının sərhədyanı ərazilərdə yaşadığını nəzərə alanda, qonşu ölkələrin bazarlarının qiymət üstünlüyü onlara ailə büdcələrini səmərəli idarə etmək üçün əlverişli şərait yaradır”.
“AzPolitika.info”


Şərhlər
Sərhədlər açılan deyil yaxın illərdə,boşuna ümid vermə camaata.
Açılmasıyla bağlımı,yoxsa açılıb-açılmamasıyla bağlımı qərar olacaq?