Menu

“HƏMAS İsraili öz silahı ilə vurur” – ABŞ nəşri

29.01.2024, 14:26
“HƏMAS İsraili öz silahı ilə vurur” – ABŞ nəşri

İsrail qüvvələrinin Qəzzanı blokada vəziyyətində saxlamaq üçün istifadə etdiyi silahlar indi onların özlərinə qarşı istifadə olunur.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-nin “The New York Times” (NYT) nəşrində yayımlanan məqalədə bildirilir.

Məqalədə HƏMAS-ın hazırda İsrail silahlarından istifadə etdiyi qeyd olunub.

“Aylarla davam edən qarşıdurma zamanı toplanmış kəşfiyyat məlumatları göstərdi ki, İsrail rəsmiləri oktyabrın 7-dən əvvəl HƏMAS -ın məqsədlərini səhv qiymətləndiriblər. İndi aydın olan odur ki, İsrail qüvvələrinin son 17 ildə Qəzzanı blokadada saxlamaq üçün istifadə etdiyi silahlar indi onlara qarşı istifadə olunur”,-deyə məqalədə bildirilir.

Eyni xəbərdə HƏMAS-ın İsraildən Qəzzəyə atılan bombaları da İsrailə qarşı istifadə etdiyi iddia olunur.

Bu barədə İsrail Polisinin bomba zərərsizləşdirilməsi şöbəsinin keçmiş rəis müavini Maykl Kardaş “NYT”-a bunları deyib:“Partlamamış hərbi sursatlar HƏMAS üçün əsas partlayıcı mənbəyi olub. HƏMAS bölgəyə atılan və partlamayan bombalardan istifadə edərək İsraili hədəfə alır”.

Silah mütəxəssisləri deyirlər ki, sursatların təxminən 10 faizi adətən partlamır, lakin İsraildə bu nisbət daha yüksək ola bilər. Çünki İsrailin arsenalında ABŞ və digər hərbi qüvvələr tərəfindən uzun müddət istehsal olunmayan Vyetnam dövrünə aid raketlər belə var.

“NYT”-ın məlumatına görə, illərdir ara-sıra törədilən bombardmanlar və Qəzzanın son atəşə tutulması ərazini yenidən istifadə olunmağı gözləyən minlərlə ton partlamamış hərbi sursatla dolub. Hərbi ekspertlərin fikrincə, partlamayan 750 kiloluq bomba yüzlərlə raket və ya raketə çevrilə bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol