Menu

“Onlar meyitləri döyüş meydanından götürmürlər” – “Orada cəsədlərdən ibarət divarlar var...”

29.01.2024, 16:41
“Onlar meyitləri döyüş meydanından götürmürlər” – “Orada cəsədlərdən ibarət divarlar var...”

Rusiya bir dəfəyə yüzlərlə əsgərini Donetsk vilayətinin Avdeyevka bölgəsində “ət hücumları”na atır. Orada Rusiya işğalçılarının cəsədlərindən ibarət bütöv hasarlar əmələ gəlib.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın ARD telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, müharibənin ilk günlərindən Rusiya öz itkilərini saymır və Kreml üçün nə qədər hərbçinin həlak olmasının əhəmiyyəti yoxdur: “Onlar insanları ət kimi qəbul edirlər. Bir milyon, iki, üç milyon - nə qədər öləcək, onların vecinə deyil. İndi bizdə, məsələn, Avdeyevka var. Təsəvvür edə bilməzsiniz. Bu, onların insanlarından ibarət hasarlardır. Bunu onlar etdi. Sadəcə, insanlar döyüş meydanında bir-birilərinin üzərindədirlər. Bunlar meyitlərdən ibarət hasarlardır. Onlar heç cəsədləri belə götürmürlər”.

Xatırladaq ki, ötən il oktyabrın əvvəlindən Rusiya qoşunları Avdeyevkanı tutmaq üçün fəal hücum əməliyyatlarına başlayıblar. Ancaq bu hücumlar hələ də çoxsaylı itkilərdən başqa heç bir ciddi nəticə verməyib. Hətta burada Rusiyanın Baxmutdakından da çox itki verdiyi bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol