Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizəd, hazırkı dövlət başçısı Vladimir Putinin əmlakı barədə məlumat yayıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Putinin 6 il ərzində ümumi gəliri 67 milyon 591 min 875 rubl (750 min ABŞ dolları) təşkil edib. Həmçinin Sankt-Peterburqda mənzil (77 kv.m) və qaraj (18 kv.m.), eləcə də üç avtomobil qeyd edilib.
Vladimir Putinin 54 416 604,52 rubl (təxminən 604 min ABŞ dolları) və “PJSC Bank Sankt-Peterburq”un 230 səhmi (bir səhmin nominal dəyəri 11,81 rubl) olan 10 bank hesabı var.
Dövlət başçısı Moskvada mənzilə (153,7 kv.m.) və Sankt-Peterburqda qeyri-müəyyən istifadə üçün nəzərdə tutulmuş parkinq yerinə (18 kv.m) sahibdir.


Şərhlər
Yazıq lap acından ölürmüş ki!? Ayıbdı vallahı. 24 il Rusiya kimi böyük dövlətin prezidenti olasan və ağzın, nəfsin olmaya, özünə bir gün ağlamayasan. 750 min bunun evlərinin bir illik komunal xərcinə bəs etməyəcək. Olmaz belə. Odur ki, Ziyaya, Kəmaləddinə və s. demək lazımdır ki, buna yardım eləsin.