Menu

Ermənistanda hakim və iş adamı həbs edildi – 150 min dollara razılaşmışdılar...

31.01.2024, 14:32
Ermənistanda hakim və iş adamı həbs edildi – 150 min dollara razılaşmışdılar...

Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsi iqtisad məhkəməsi hakiminin 150 min dollar məbləğində rüşvət alması faktı ilə bağlı cinayət işi açıb.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, məhkəmə hakimi bir şirkəti müflis elan edib, daha sonra açıq hərracda onun əmlakının satışı prosesi təşkil edilib. Qeyd olunur ki, 2022-ci ilin mart ayında keçirilən hərracın qalibi kimi tanınan şirkət lazımi ödənişləri vaxtında həyata keçirmədiyindən şirkətin səhmdarları buraxılmış müddətin bərpası, hərracla müəyyən edilmiş məbləğin ödənilməsi üçün öz yaxın adamlarına müraciət ediblər.

Mülkiyyəti öz şirkəti adına keçirən və öz yaxın adamı ilə işbirliyi quran şəxslər müflis olmuş iş adamı ilə görüşərək məsələni rüşvətlə həll etməyi təklif edib.

Noyabrın 10-da o, İrəvan kafelərindən birində hakimlə görüşüb və pul müqabilində dostlarının xeyrinə qərar çıxarmağı təklif edib. Hakim razılaşaraq əvvəlcə 20 min dollar istəyib. 13 noyabr 2023-cü ildə şirkətin meneceri səhmdarlarla görüşüb və hakimin 150.000 dollar tələb etdiyini bildirib.

Onlar tələb olunan məbləği hissə-hissə ödəməyə razılaşıblar. Dekabrın 14-də prokuror korrupsioner hakimə qarşı açıq cinayət işi açıb. Hakim və şirkət müdiri barəsində həbs - qətimkan tədbiri seçilib. İstintaq yekunlaşıb və iş məhkəməyə göndərilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol