Menu

Bakıda 6 yaşlı uşaq yol qəzasında xəsarət alıb

01.02.2024, 01:06
Bakıda 6 yaşlı uşaq yol qəzasında xəsarət alıb

Bakının Qaradağ rayonunda 6 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. "Report" xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində xəsarət alan şəxs 2018-ci il təvəllüdlü A.Çernişovdur.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol