Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya infrastrukturuna PUA hücumlarının arta biləcəyini deyib.
“AzPolitika.info” xəbər verir ki, Budanov CNN-ə müsahibəsində bu mövzuya toxunub.
Onun sözlərinə görə, Ukrayna “PUA müharibəsi”ndə öz mövqelərini möhkəmləndirir: "PUA sistemlərində biz az-çox bərabərik."
Bununla yanaşı, Budanov Ukraynanın Rusiya ərazisinə PUA hücumlarında iştirakını rəsmən nə təsdiq, nə də təkzib edərək, “bu cür əməliyyatların tamamilə mümkün olduğunu” deyib: “Hipotetik olaraq, bütün bunların nəzərdə tutulduğu bir plan var. Hesab edirəm ki, bu plana Rusiya Federasiyasının bütün əsas kritik infrastruktur obyektləri və hərbi infrastruktur obyektləri daxildir”.
Budanovun sözlərinə görə, indi Rusiyanın mülki əhalisi nəhayət ki, “müharibənin əsl mənzərəsini görür”: “Onlar yanan neft anbarlarını, dağılmış fabrik və zavod binalarını görürlər... Bütün bunlar ümumi işin xeyrinədir”.
“AzPolitika.info”


Şərhlər