Menu

İsrail ordusu Qəzza zolağında 122 jurnalist öldürüb

01.02.2024, 23:37
İsrail ordusu Qəzza zolağında 122 jurnalist öldürüb

İsrail ordusu Qəzza zolağında oktyabrın 7-də münaqişə başlayandan bəri 122 jurnalist öldürüb.

Bu barədə BMT-nin xüsusi məruzəçilərinin İnsan Hüquqları üzrə Ali Komissarlıq tərəfindən yayılan bəyanatında deyilir.

“BMT-nin hesablamalarına görə, oktyabrın 7-dən Qəzza zonasında 122-dən çox jurnalist və media işçisi öldürülüb, çoxlu sayda KİV nümayəndəsi yaralanıb. Oktyabrın 7-də HƏMAS-ın hücumları zamanı 4 israilli jurnalist öldürülüb”, - sənəddə vurğulanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol