Əməkdar jurnalist Rəhman Orxan vəfat edib.
"Report"un Sumqayıt bürosu məlumat verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkə hesabında paylaşım ediblər.
Jurnalist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, Əməkdar jurnalisti fəxri adına layiq görülüb.
Rəhman Orxan Şəki rayonu Sarıca kəndində dəfn olunacaq.


Şərhlər
Allah rəhmət etsin.Amma bunun bir fəaliyyətini,işini görən,hiss edən,tanıyan varmı?Bu necə əməkdar olub?mətbuat bu gündə.Bir tərəfli mətbuatın yazıları oxunmaz,televiziyaların milləti bezdirən səviyyəsiz,baxumaz ,düşük və dinlənilməz verilişləri!əxri adlarla kimlər spekulyasiya edir. Pulla xalq artisti,dövlət mükafatl?