Menu

"HƏMAS liderləri arasında fikir ayrılığı yaranıb" - ABŞ nəşri

03.02.2024, 13:56
"HƏMAS liderləri arasında fikir ayrılığı yaranıb" - ABŞ nəşri

HƏMAS liderləri arasında daxili fikir ayrılıqları onların Qəzza zolağında döyüşlərə fasilə verilməsini nəzərdə tutan girovların azad edilməsi ilə bağlı təklif edilən razılaşmanı dəstəkləməsinə mane olur .

"AzPolitika.info" xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşrində yayımlanan məqalədə bildirilir.

Məlumata görə, təşkilatın Qəzzadakı rəhbəri Yəhya Sinvar müvəqqəti atəşkəsi dəstəkləsə də, xaricdəki digər HƏMAS liderləri İsrailin daha da güzəştə getməsi və daimi atəşkəs üçün səy göstərməsini istəyirlər.

Danışıqlarla tanış olan adı açıqlanmayan rəsmilər nəşrə bildiriblər ki, Sinvar müharibənin altı həftəlik dayandırılmasını istəyir ki, HƏMAS əməliyyatçıları yenidən toplansın və daha çox yardım Qəzzaya daxil olsun. 

Qeyd olunur ki, siyasi büronun rəhbəri İsmayıl Haniyə isə beynəlxalq zəmanət və anklavın bərpası planı ilə daimi atəşkəsə nail olmağa çalışır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol