Menu

İmişlidə yük maşını piyadanı vuraraq öldürüb

04.02.2024, 20:58
İmişlidə yük maşını piyadanı vuraraq öldürüb

İmişli şəhərində yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Ə.M.Həmidov küçəsində qeydə alınıb.

Belə ki, Eyvaz Ataşovun idarə etdiyi "KamAZ" markalı yük maşını yolu keçən piyada, rayonun Otuziki kənd sakini, 1953-cü il təvəllüdlü Əhədov Nazim Xəmməd oğlunu vurub.

Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol